Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları tərəfindən bu ilin yanvar-sentyabr aylarında 343 469 vətəndaşın qəbulu həyata keçirilib.
Nazirlikdən SİA-ya verilən məlumata görə onlardan 2 366-sı Nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 341 103-ü Nazirliyin və qurumlarının qəbul mərkəzlərində, DOST Mərkəzlərində qəbul edilib.
Bu ilin 9 ayında Nazirlik üzrə yazılı və e-qaydada edilmiş 960 223 vətəndaş müraciətinin cavablandırılması təmin edilib.
Müraciətlərin 313 215-i Nazirlik və qurumları tərəfindən, 594 762-si 142-Çağrı Mərkəzi vasitəsilə, 52 246-sı isə sosial şəbəkələr üzərindən cavablandırılıb.
Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB