Ölkə üzrə payız ağac əkininə başlanılıb

IDEA İctimai Birliyinin təşəbbüsü ilə başladılan, ETSN-in təşkilatçılığı ilə keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində ölkə üzrə payız ağac əkininə start verilib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov SİA-ya açıqlamasında bildirib ki, payız ağac əkini ilə əlaqədar Bakı və Abşeronda, eləcə də bütün regionlarda genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.

“Yaşıllıqların genişləndirilməsinə töhfə vermək məqsədilə hər kəsi, ictimaiyyət nümayəndələrini, tərəfdaşlarımızı, bütün təbiətsevərləri ağacəkmə tədbirlərində fəal iştiraka dəvət edirik və yaz ağac əkinində olduğu kimi bu dəfə də onlardan dəstək gözləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə