Hava qapısı – Füzuli - MƏQALƏ

Dünyanın ən qədim insan məskənlərində olan Azıx Mağarasının məkanı Füzuli. İlkin adı Qarabulaq olan, dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuli vətəni.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəkələrindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə həmsərhəddir.

Meşələri, dağları, muzeyləri, türbələri, məscidləri ilə sanki tarixin özüdür. Ərazisi 1386 km2, əhalisi təxminən 144000 nəfərdir. Rayonda iki şəhər, 16 qəsəbə, 82 kənd var. Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzuli...

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyuldu. Bu torpaqlarda gördüklərmiz, həm sevinc, həm də kədər hissi doğurur. Hər şey dağılıb, talan edilib. Mənzərələr həqiqətən kədərlidir. Bir vaxtlar bol məhsullu üzüm bağlarından əsər-əlamət qalmayıb. Evlərimizin, məktəblərimizin yerini kol-kos örtüb. Füzuli erməni quldurları tərəfində talan edilib, dağıdılıb, yandırılıb.

Erməni vandalizmi rayonlardakı tarixi mədəniyyət və memarlıq nümünələrindən, mağaralardan, türbələrdən və qəbirüstü abidələrdən yan keçməyib. Pis günlər arxada qaldı. Artıq xalqımız qızıl kimi müzəffər tarixi günlərə şahidlik edir!

Ali Baş komandan İlham Əliyev Füzuliyə səfər etdi. Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. 17 oktyabr 2020-ci ildə Qoçəhmədli, Çimən, Musabəyli, Birəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabrda Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Saracıq, 21 Oktyabrda Gecəgözle, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 28 oktyabrda Mandıllı, 7 Noyabrda yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qaçar və Divanalılar, 9 Noyabrda Qobu, Dilağarda, Yal Pirəhmədli, Yağlıvənd, Seyid Mahmudlu və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən azad olunmuşdur.

Prezident İlham Əliyev dedi: "Füzuli şəhəri işğaldan azad edilib. Biz Füzuliyə qayıtmışıq. Yol boyunca Füzuli şəhərini dağıdılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Bütün dünya görməlidir. Erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik.

Artıq gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq, torpaqlarımızda bayrağımızı ucaltmışıq. Bundan sonra bu torpaqlarda biz yaşayacağıq, necəki əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb. Erməni millətinin qəsibkarlığını, quldurluğunu sübutlar halında görmək istəyən varsa Füzuli rayonuna baxa bilər".

Qürurverici sözlərə göz yaşları ilə baxdıq. Bütüm acılarımızı qəlbimizin bir hissəsində gizlədib əsla unutmayacağıq. Şəhidlərimizin ruhu şad olsun! Parlaq gələcəyə Ali Baş Komandanla irəliləyirik!

Biz evimizə qayıdırıq!

Biz gəlirik!

Füzuli bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Aysel Kərimova

Xəzər rayonu, H.Z.Tağıyev adına 123 nömrəli məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə