SƏS Media Qrupunun əməkdaşları ŞUŞADA - FOTOLAR

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət göstərərək 30 ildir erməni işğalı altında olan torpaqlarımızı geri qaytarıb. SİA xəbər verir ki, Azərbaycan Ordusunun savaş meydanındakı qələbəsi diplomatiya masasındakı zəfəri də şərtləndirib və beləliklə, 8 noyabrda Ermənistan tərəfi kapitulyasiya aktına imza atmağa məcbur qalıb.

Bununla da Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Ermənilərin iç üzü isə elə müharibədən dərhal sonra bir daha üzə çıxıb. Belə ki, işğal altında saxladıqları Azərbaycan torpaqlarını çapıb-talayaraq sanki bar-bar bir qəlibə kimi daşı-daş üstündə qoymayıblar.

Torpaqlarımızın işğaldan azad olunmasının 1 il tamamında həmin ərazilərdə aparılan quruculuq-abadlıq işləri isə görən hər kəsi heyrətə gətirir. Elə məhz, bu faktın özü Azərbaycanla Ermənistanın fərqini gözlər önünə qoyur. Bir daha görürük ki, bu iki ölkəni heç vaxt tərəzinin gözü ilə ölçməyə dəyməz. Çünki fərq çox aydındır.

Təbii ki, 30 ildir həsrətini çəkdiyimiz vətən torpağına ayaq basmaq, o səfalı diyarları öz gözləri ilə görmək hər kəsin arzusudur. Bu gün o arzunu reallaşdırlanlardan biri də SƏS Media Qrupunun rəhbərliyi və işçi heyətinin bir qismidir. Hazırda şanlı Azərbaycan Ordusunun Şuşanı öz sahiblərinə qaytarmaq üçün irəlilədikləri Zəfər yolu Şuşaya doğru səfər ediblər. Səfərin təfərrüatları xəbərimizdə daim yenilənəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...