İki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırma başlandı

Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma başlanıb.

Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

12 yaşlı Murad Qasımlı və 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə