Ruslar miqrantlara “dolğun bir həyat” təklif edir

Rusiya Daxili İşlər Nazirliyi, miqrantlar üçün xüsusi bir şəxsiyyət vəsiqəsi hazırladıb(?). Belə ki, həmin şəxsiyyət vəsiqəsi əmək miqrantlarına dövlət xidmətlərinin alınmasını və digər xidmətlərdən istifadəni asanlaşdıracaq.

Bundan əlavə, əcnəbilərin Rusiya Federasiyasında qalmalarının qanuniliyini təsdiq etmələri daha asan olacaq.

Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəis müavini Kirill Adzinovun dediyinə görə, verilən sənəddə miqrantın şəxsi məlumatları, statusu, vizanın verilməsi və onun etibarlılıq müddəti haqqında məlumatlar yer alacaq.

Yəni bu sənəd içində biometrik məlumatlar, mövcud vəziyyət, verilən viza, onun etibarlılıq müddəti və s. daxil olmaqla şəxsi məlumatları özündə ehtiva edən elektron bir daşıyıcı (çip) olacaq .

Qeyd edək ki, bir müddət bundan əvvəl, elə bu ayın ortalarında Rusiya Prezidenti Vladimir Putin, əmək miqrantlarının Rusiyaya uyğunlaşmalarını asanlaşdırmaq üçün rus dilini bilmələrinin lazım olduğunu söyləmişdi. Dövlət başçısı onu da xatırlatmışdı ki, rus dili elə bu gün də MDB ərazisində sivilizasiya məkanını birləşdirən qüvvə kimi çıxış edir. Putinin fikrincə, buna görə də, miqrantlar Rusiya və Rusiya mədəniyyətinin nə olduğunu anlamalı, ölkə xalqları arasındakı əlaqəni bilməlidirlər.

Yadınızda olar, həmən çıxışə zamanı Putin onu da qeyd etdi ki, bu, yalnız pul qazanmaq üçün deyil, həm də miqrantların dolğun bir həyat yaşamaq üçün lazımdır.

Ağasəf Babayev

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə