“Böyük Qayıdış”-ın birinci addımı

Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini eşidərək qürurlanır, bu Vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edirdi. Bəli, biz əminliklə deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmədi. Doğma torpaqlarında müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa edir. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək mümkün deyil.

2020-ci il noytabrın 26-da “Zəngilanın azad ounmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonun işğaldan azad ediməsi uğurunda gedən döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə“ medalı ilə təltif olunmuşdur.

“Böyük Qayıdış”ın birinci addımı işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı kənd" pilot layihəsi çərçivəsində yenidən qurulacaq.

Zəngilanda həyata keçirilən önəmli layihələrdən biri Heydən Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Heydər Əliyev Fondu məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsi cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb təhqir ediblər.

Şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu.

Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

Kərim Ağayev, Masallı rayon sakini, fəal gənc

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...