Müstəqilliyin övladlarının TARİXİMİZ BARƏDƏ DÜŞÜNCƏLƏRİ - SORĞU

Azərbaycan xalqı çox bəlalar yaşamış, çox hadisələrin şahidi olmuşdur. Xain qonşularımız torpaqlarımıza göz dikmiş millətimizi öz yerlərindən didərgin salmışdırlar. Xalqımız düşmənin qarşısına əliyalın çıxmış torpaqlarımızı qorumuşdur. Lakin yenə də bədnam qonşularımız torpaqlarımızın 20 faizini işğal altına almışdırlar. Ta ki 2020-ci ilin 27 sentyabrına kimi. Ali Baş Konandan İlham Əliyevin çox önəmli strategiyası və müzəffər ordumuz sayəsində 44 günlük müharibə zəfərlə nəticələndi. Azərbaycanın igid oğulları, gəncləri, qocaları, hamı bir nəfər kimi səfərbər oldular. 30 il işğalçılıq siyasəti yeridən düşmənlərimiz məğlub oldular. Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il keçir. Bəs müstəqillik günün övladları bu möhtəşəm tarix barəsində hansı fikirdədirlər?. SİA onlar arasında sorğu keçirib.

Şəhər sakini Əmrah Rəhimov: "Mən həmin illəri görməmişəm ama uşaqlıqdan o hisslərlə böyümüşəm. Qohumlarım həmin dövrün şahidi olublar. Danışdıqlarına görə xalqımız çox çətin günlər yaşayıb. İnsanlar öz yurdlarından qaçıb Bakıya gəlmişdilər. Torpaqlarımız artıq işğaldan azad olub. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin".

Şəhər sakini Fəxri Aslanov: "O vaxtlar uşaq idim. Torpaqlarımız yeni işğal olunmuşdu. Şəhərdə çaxnaşmalar var idi. Hər ay bir şəhərimiz düşmən tapdağı altına keçirdi. Mən özüm də müharibə iştirakşısıyam. Vətənimi lazımınca qorumağa çalışdım".

Şəhər sakini Dünya İsmayılova: "Mən elə həmin dönəmlərdə dünyaya gəlmişəm. O zamanlar ağlım kəsmirdi. Bilmirdim müharibə nə deməkdi. Amma keçən il bunun şahidi oldum. Vətən uğrunda hər kəs canını qurban verməyə hazır idi. Xalqımız cəhbədəki əsgərlərimizi yanlız qoymayıb onlar üçün hər cür dəstəyi göstərirdi. Bu gün biz şəhidlərimiz sayəsində torpaqlarımıza qovuşmuşuq. Allah hər birinə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin. Və qeyd etmək istərdim ki, qazanmaq üçün itirmək lazımdır".

Şəhər sakini Rəşid Abdullayev: "44 günlük müharibə dövründə bunun şahidi oldum ki, xalqımız neçə ildir ki bu günü gözləyir. Mən özüm də müharibə iştirakçıyam. Mənim dostlarım, əsgər yoldaşlarım, zabit yoldaşlarım hamısı bu yolda qəhrəmancasına şəhid oldular. Allah hamısına rəhmət eləsin".

Şəhər sakini Səməd İsayev: "Bu Azərbaycan xalqı üçün böyük bir fəxrdir. Azərbaycan xalqı tamamilə müstəqildir. Bunların hamısı Prezidentimiz İlham Əliyev və ordumuzun səyi nəticəsində baş tutub. Artıq həmin torpaqlardan qaçmağa məcbur olan xalqımız öz torpaqlarına geri qayıdacaq".

Şəhər sakini Emilya Paşayeva: "Bu böyük bir fəxrdir ki, Zəfər gününü görmək bizlərə nəsib oldu. Ölkəmizin başından qara buludlar yox oldu. Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır".

Şəhər sakini Səddam Əzimov: "Mən Qarabağdanam. Əslim Şuşalıdı. Torpaqlarımızın alınması mənim üçün başqa bir məna kəsb edir. Torpaqlarımız işğal olunduğu zaman mən hələ uşaq idim. Müharibə başladığı zaman könüllü olaraq yazılmışdım. Şükür Allaha torpaqlarımız artıq azaddır. Cənab Prezident İlham Əliyev həmin ərazilərdə artıq abadlıq işləri aparır. Allah şəhidlərimizə rəhmət eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə