Ərazi bütövlüyümüz toxunulmazdır - MƏQALƏ

Vətən nədir soruşsalar, deyərəm ki, dağ döşündə bitən çiçəkdir. Vətən-o çiçəyin üstünə düşən çisəkdir.Vətən-nəğməli Arazdır, dəlisov Xəzərdir. Vətən mənim üçün dünya okeanında liman - liman üzən Azərbaycan gəmisidir. Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur.

Müstəqillik əldə etdikdən sonra dilimizdə yaşam hüququ qazanan, 20 yanvar faciəsindən başlayaraq Xocalıya uzanan və 30 illik həsrətə son qoyulan Dağlıq Qarabağ müharibəsinin ağrı-acısını ifadə edən şəhid sözü qəhrəmanlıq simvolu kimi də hər kəsdə qürur hissi oyadır. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı müstəqilliyimiz, ərazi bütövlüyü uğrunda qurban gedənlər hər qarış yurd yeri üçün canlarından keçərək müasir qəhrəmanlıq tariximizin səhifələrini dönməzlikləri, ölümün gözünə dik baxmaq bacarıqları ilə yazdılar. Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək oldular. Şəhidlərimiz ölümləri ilə bir həqiqəti təsdiqlədilər: qəhrəman o insandır ki, özünü həyat uğrunda mübarizələrdə ölümə qalib gəlməklə təsdiqləyir. Qarabağ döyüşlərində də qəhrəmanlıqla şəhid olmuş oğullarımız olub. Bu döyüşlərdən biridə Qubadlının işğal olunduğu gündür ki, 31 avqust 1993-cü ildə Ermənistan silhalı qüvvələri tərəfindən işğal olunduğu ərəfələrdə də neçə-neçə yerli sakin , əsgər və zabitlər şəhid olmuşdur. 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış yerlərinə müvvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır.

İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdı. Rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Və illərlə bu cür dəyərli sərvətlərin düşmən nəzarəti altında olması Azərbaycan xalqında dözüm qoymamışdı artıq.30 illik həsrətə son verməyin vaxtı çatmış və hətda keçmişdi.Və ikinci Qarabağ döyüşləri zamanı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi.

Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Yalnız bu yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir. Və müharibə dövründə iştirak edib şəhid və qazi olmuş Qarabağın alınmış rayonları, Azərbaycan torpağlarının bütövlüyünün bərpası üçün vuruşan mərd Azərbaycan oğulları medallarla təltif olundular. Bu təltiflərdən biridə 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar. Övladları kiçik ikən ciyərparalarını “boyuna qurban olum” deyərək sevib, oxşayan, qayğı ilə böyüdən şəhid anaları bütün Azərbaycan xalqının and yerinə çevrilən, ilk addımını atdığı torpaqlarımız uğrunda qurban gedən balaları ilə fəxr edərək “südüm sənə halal olsun” deyir. Qəhrəman oğullarımızın üstünlüyü ondadır ki, düşmənlə üz-üzə gələndə qorxmur, həyatla vidalaşanda da əzəmətini qoruyub saxlaya bilir. Azərbaycanın şəhid oğul və qızları ölümləri ilə də ermənilərə qalib gəlirlər. Amma başqalarının torpaqlarını zəbt etdikləri üçün layiq olduqları cavabı alan, öldürülən erməniləri şəhid adlandırmaq olmaz. Çünki onlar özlərinə məxsus olmayan torpaqlara oğru kimi soxularaq tarixi ərazilərimizə sahib çıxmaq istəyirlər. Amma bilmirlər ki, özgə torpağına xor baxanın gözü kor, yurdu viran qalar, uzanan əli kəsilər. Erməni işğalçılarını təşvişə salan da Azərbaycanın müdafiə qüdrətinin üstünlüyü, hərb istəməsə də hərbə hazır olan əsgərlərimizin döyüş bacarığı, mətanəti, düşmənə qalib gəlmək əzmidir. Bu əzm Ermənistan üzərində zəfər çağırışıdır.

Qüdrətli Ordumuzun uğurlu əməliyyatları hər zaman göstərirdi ki, Dağlıq Qarabağ savaşı Azərbaycanın qələbəsi ilə başa çatacaq. Xain düşmənin torpaqlarımızı murdarlayan nəfəsi kəsiləcək. Onda şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq, səmamızdan yurdumuza boylanacaq, “Gözün aydın, Vətən!” deyəcək. Və belədə oldu. Ali baş komandanın əmri ilə başlayan ikinci Qarabağ müharibəsi başladığı kimi əzmlə bitdi. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin müharibənin və qələbənin rəmzi olaraq seçdiyi “dəmir yumruq” devizi xalqın birlikdəliyinin təmsilidi. Və 44 günlük müharibə dövründə "Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir.

Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam", - deyə qeyd edib. Və Ali baş komandanın nəznində vuruşan Azərbaycan oğulları Azərbaycanın ərazi bütövlüyünü yenidən bərpa etdilər.

Gülarə Muxtarova

Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...