BMT-dən Əfqanıstana humanitar yardım

BMT-dən Əfqanıstana humanitar yardım

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Mərkəzi Asiya nümayəndəliyindən bu barədə açıqlama verilib. SİA bu barədə xarici mətbuata istinad edir.

Bildirilib ki, BMT son üç gün ərzində Özbəkistanın Əfqanıstanla sərhədindəki Tirmizi Hava Limanına Əfqanıstana çatdırılmaq üzrə 100 tondan çox humanitar yardım göndərib. Humanitar yardımlar Tirmiz Hava Limanındakı logistika mərkəzində yük maşınlarına yüklənərək Termez-Hayratan sərhəd keçid məntəqəsindən Əfqanıstanın Məzari Şərif şəhərinə çatdırılacaq.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə