Lökbatan qəsəbəsində Şəhid Şaiq Kəlbiyevin anım mərasimi keçirilib

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Şaiq Kəlbiyevin Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. SİA xəbər verir ki, Şəhidin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin üzvü Aydın Hüseynov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək Şaiq Kəlbiyevlə bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda bir qrup Qarabağ qazisi rayon rəhbərliyi ilə görüşərək şəxsi problemlərinə, o cümlədən işlə təmin olunmalarına kömək edilməsini xahiş ediblər.

Günün ikinci yarsı isə Sahil qəsəbəsindəki “Xəzri” şadlıq sarayında Şəhid Şaiq Kəlbiyevin şəhidliyinin bir illiyi ilə əlaqədar təşkil olunmuş il mərasiminə qatılmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə