YAP Yasamal rayon təşkilatında ərazi partiya təşkilatı yaradılıb - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı əməkdaşlarının müraciəti əsasında ərazi partiya təşkilatının yaradılması ilə bağlı görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə ilk olaraq ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın nizamnaməsinə uyğun olaraq ərazı partıya təşkılatının yaradılması ilə bağlı müraciəti səsləndirib və yekdilliklə "Seyfəddin dağlı küçəsi ilə Mətbuat prospektinin kəsişməsi" (YAP Yasamal rayon təşkilatı) ərazi partiya təşkilatı yaradılıb.

Yekunda səsvermə nəticəsində "Seyfəddin dağlı küçəsi ilə Mətbuat prospektinin kəsişməsi" (YAP Yasamal rayon təşkilatı) ərazi partiya təşkilatının sədri Elnarə Mustafayeva, sədr müavini isə Aytəkin Əhmədova seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...