Xoruldamağı tez bir zamanda dayandırmağın yolları bunlardır

Xoruldama səbəbi ilə boşanmayın. Xoruldama, tənəffüs yolunun qismən tıxanması, boğaz quruluşunun genişlənməsi və ya əzələlərin boşalması səbəbindən meydana gəlir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tənəffüs yolu tıxandığı və nəfəs alması rahat olmadığı üçün nəfəs almağa çalışarkən boğazda meydana gələn titrəmə də xoruldama yaradır.

Burun keçidlərini duzlu su ilə yaxalamaq gecə daha asan nəfəs almağa kömək edəcək. Mütəxəssis, həkim Vik Veer deyir: "Duzlu suyun bir hissəsi buruna girərsə, o tənəffüs yolunu bir qədər aça bilər. Angina xəstəliyi varsa, şişkinliyi azaldır və bu şəkildə xoruldamağı dayandıra bilər. Hər kəsə tövsiyyə etdiyim bir üsul deyil, amma çox udmadıqca zərəri olmaz”.

Araşdırmalar göstərir ki, müəyyən efir yağları ilə qarqara etmək xorultunu əhəmiyyətli dərəcədə azalda bilər. Nanə iltihab əleyhinə xüsusiyyətlərə malikdir və ağız boşluğunun membranlarını kiçiltməyə və burun keçidlərini açmağa kömək edə bilər. Yatağa uzanmadan əvvəl suya iki-üç damla nanə efir yağı əlavə edin və qarqara edin.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə