Ələt qəsəbəsində şəhidin il mərasimi keçirilib - FOTOLAR

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyətinin nümayəndələri 15 oktyabr 2020 ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuş Əhmədov Cavanşir Xeyrulla oğlunun Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət edib, məzarı üzərinə çələng və gül dəstələri qoyublar.

Həmin gün rayonun rəhbərliyi Şəhidin Ələt qəsəbəsində təşkil olunmuş il mərasiminə qatılıb, onun ailə üzvlərinə və doğmalarına baş çəkib, Şəhidin əziz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə xatirə şəkili çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə