Müdafiə Nazirliyi bir daha partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - deyə məlumatda qeyd olunub.
Müəllif: Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB