"LinkedIn" sosial şəbəkəsi bu ölkədə işləməyəcək

"LinkedIn" sosial şəbəkəsinin rəhbərliyi İnternet resursları üçün yeni normativ tələblər səbəbindən platformanın Çində lokallaşdırılmış versiyasının işini dayandırmaq qərarına gəlib.

SİA-nın məlumatına görə, bu barədə müvafiq açıqlama sosial şəbəkənin rəsmi bloqunda yayılıb.

LinkedIn-dən bildirilib ki, sosial şəbəkənin yeni strategiyası Çinli mütəxəssislərə ölkədə iş tapmaqda və yerli şirkətlərə ixtisaslı namizəd tapmaqda kömək göstərməyə yönələcək:

Məlumata əsasən, Çində iş axtarışı üçün olan yeni "InJobs" tətbiqinin fəaliyyətə başlanılması nəzərdə tutulub.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə