Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq - MƏQALƏ

Ətrafdakıları qorumaq naminə, vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisi, vaksinasiyada iştirak etməklə, peyvənd olunmaqdır. Artıq, 2 milyondan artıq vətəndaşımız ölkəmizdə istifadə olunan, effektiv və təhlükəsiz olan “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” peyvəndlərindən istifadə etmişdir.

Virusa qarşı anticismlərin yaranması üçün, peyvənd olunduqdan sonra, immun sistemimizin, vaksini antigen kimi qəbul qəbul edir. Nəticədə orqanizmimiz peyvənd vasitəsilə virusla tanış olur və bu xəstəliklə qarşılaşanda, onun hazırlıqlı olduğu üçün ağırlaşmasının qarşısı alınır.

COVİD-19 virusunun fəsadları, bütün yaşlarda olan insanlara təsir edən sağlam və gənc şəxslərə də, yoluxa bilir. Xəstəliyi yüngül və simptomsuz keçirən gənclər də, digər ətraflarında olan insanları da, rahat yoluxdura bilirlər. Bu səbəbdən də, insanların həyatını təhlükə altına qoymamaq üçün, vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə, qapalı məkanlarda, ümumi nəqliyyat vasitlərində və əhalinin kütləvi toplaşdığı digər yerlərdə iştirkı yol verilməzdir. Bu işə məsuliyyətsiz yanaşan hər bir vətəndaş, ölkəsinin görmüş olduğu təhlükəsizlik tədbirlərini, dövlətinin bu işə sərf olunmuş vəsaitlərini heçə sayaraq xalqının gələcəyini təhlükə altına qoyur.

Koronovirusa qarşı peyvənd olunmuş orqanizmdə qorunma səviyyəsi maksimuma qalxsa da, vaxt keçdikcə immunitetin reaksiyası virusa qarşı zəifləyə bilir. Bunun üçün də, COVİD-19 ilə mübarizə üsulları qaydaları daha da, təkmilləşdirilir və qabaqcıl tədbirlər görülür. Bu səbəbdən də, peyvəndin effektliyinin artırılması məqsədi ilə 3-cü doza, yəni, Buster dozanın vurulması ilə immunitet reaksiyasının yenidən gücləndirilməsi nəzərdə tutulur.

Birinci və ikinci dozalarda olduğu kimi, buster dozasından, ilk öncə yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) yararlana biləcəklər.

Onu da qeyd edim ki, xroniki böyrək xəstəlikləri, hər hansı bir uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş olmamışdır. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem qeydə alınmayıb. Yan təsirləri də, hər kəsdə olan təsirlərdəndir.

Unutmayın ki, vaksinasiya olunmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlar, vaksinasiyadan sonra əmələ gələ biləcək fəsadlardan daha ağır olur.

Bu səbəbdən də, hər kəsi qorxmadan, çəkinmədən Buster dozadan istifadə etməyə dəvət edirəm.

Sonda isə, tanınmış İngilis filosofu Corc Herbertin: “Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq” kəlamı ilə bildirmək istəyirəm ki, hər zaman ağılımızı işlədərək sağlamlığımızı qorumağı bacaraq.

Mürsəl Mürsəlov,

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...