YAP Şamaxı rayon təşkilatının əməkdaşları şəhidlərin il mərasimində iştirak ediblər

YAP Şamaxı rayon təşkilatının əməkdaşları İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Nəbiyev Orxan Rza oğlunun və Hacıyev Nazim Feyruz oğlunun şəhid olmasının ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak ediblər. Həmçinin şəhidin məzarı ziyarət edilərək önünə gül dəstələri qoyulub şəhidin ruhlarına dualar oxunub.

Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədrinin səlahiyyətlərini həyata keçirən Bəxtiyar Abbasov ilk öncə iki şəhidimizin qəhramancasına döyüşlərdə iştiraklarından danışdı. Sonra qeyd etdi ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin, qazilərimizin vətənpərvərlik yolunun təbliğində fəal iştirak edir, şəhidlərin ailələrinə, hərbçilərə diqqət və qayğısını reallaşdırdığı tədbirləri ilə təsdiqləyir.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə