YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladının doğum gününü təbrik ediblər - FOTOLAR
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən müharibəsi şəhidi, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunmuş şəhid baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət ediblər.
Rayon təşkilatının sədri Vüqar Seyidov təşkilat adından şəhidin 10 yaşı tamam olan oğlu Yusifi doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim edib.
Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər. Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB