“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi olub

“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi olub

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı“Azercell Telekom” MMC-ninproqramlaşdırmaüzrəelan etdiyi“AZERCELL CUP” müsabiqəsinin final mərhələsikeçirilib. ADA universitetində 6-8-ci sinif şagirdləri arasındabaştutanmüsabiqədəiştirakçılara həll edilməsi üçün 5 alqoritmik məsələ və 3 saat vaxt verilib.Yarışın sonunda nəticələr və medalçılar elan olunub. Xatırladaq ki, müsabiqəyəqeydiyyat https://www.olimpiada.edu.az saytı üzərindən aparılıb. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutub.Müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaqdır. Həmçinin müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdləri müəyyənləşdirərək onları həvəsləndirmək, beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinə cəlb etmək, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi Azercell şirkətinin köməyi ilə həyata keçirilir və onların inkişafı üçün təşəbbüslər davamlı olaraq dəstəklənir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olur. Belə ki, hazırlıqdan keçən şagirdlərimiz mötəbər beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edirlər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə