Şəhid övladının doğum günü təbrik edilib - FOTOLAR

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olan, Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuş şəhid baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət ediblər. SİA-nın məlumatına görə, yerli təşkilatın sədri Vüqar Seyidov təşkilat adından şəhidin 10 yaşı tamam olan oğlu Yusifi doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim edib.

Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyiblər. Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...