Müəllimlər üçün nəqliyyat …pulsuzdur

Müəllimlər üçün nəqliyyat …pulsuzdur

Novorossiyskdə müəllimlər ictimai nəqliyyatın xidmətindən pulsuz yararlanacaqlar. Belə ki onlar şəhərlərarası və şəhərətrafı nəqliyyatda heç bir ödəniş etmədən gedə biləcəklər. Verilən məlumata görə, bunun üçün müəllimlərə xüsusi nəqliyyat kartı veriləcək.

Onu da qeyd edək ki, həmin kartlar müəllimlərə şəxsiyyət vəsiqəsi və iş yerindən təqdim etdikləri arayış əsasında veriləcək.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə