"18 oktyabr 28 may tarixinin davamıdır" - JURNALİST MÖVQE BİLDİRDİ

"18 oktyabr 28 may tarixinin davamıdır" - JURNALİST MÖVQE BİLDİRDİ

"Vətən müharibəsinə kimi təqvimimizdəki qara rənglərin sayı qırmızı rənglərin sayını üstələmişdi. Elə bir ay yox idi ki, hansısa torpağımızın işğal tarixini, 20 yanvar və yaxud tariximizə qara hərflərlə yazılmış günü qeyd etməyək. Matəmlə, işğalla bağlı təqvimlər elə çox idi ki, orta məktəb şagirdləri bunları yadda saxlamağa çətinlik çəkirdi". Bunu SİA-ya açıqlamasında Jurnalist Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan və yenilməz ordumuzun sayəsində artıq biz işğal tarixi qeyd etməyəcəyik. Əksinə böyük sevinc hissi ilə torpaqlarımızın işğaldan azad olunmasını qeyd edəcəyik. Bizə artıq bayram keçirmək yaraşır, matəm keçirmək yox. Bu baxımdan 18 oktyabrın əlamətdar bir gün kimi keçirilməsi təqdirəlayiqdir.

Bu barədə Seymur Verdizadə fikrini belə izah edib: "Mən hesab edirəm ki, 18 oktyabrı biz hər il əlamətdar gün kimi qeyd etməliyik. Bu günün əhəmiyyəti ilə bağlı gənc nəslə müfəssəl məlumat verməliyik. Biz 18 oktyabrı qeyd etməklə həm də dövlətçilikdə varisçilik ənənələrinə sadiq olduğumuzu sübut etmiş oluruq. Çünki 18 oktyabr 28 may tarixinin davamıdır. Bununla biz beynəlxalq aləmə sübut etmiş oluruq ki, Azərbaycanın zəngin dövlətçilik ənənələri var. Aradakı rus işğalını biz məhz 18 oktyabr günü aradan qaldıraraq tariximizdəki boşluğu doldurmuşuq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə