Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. SİA-nın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.
Toplantıda “Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.
Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB