15 oktyabr Beynəlxalq Kənd Qadınları Günüdür. SİA-nın məlumatına görə, bu münasibətlə bugün Tovuzda, 13 oktyabrda isə Qaxda regional konfrans və ərzaq sərgisi təşkil olunur. Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşən qadın fermerlər ziyarətçiləri təbii məhsullar və ərzaqlarla zəngin sərgi-satış meydanında sevindirəcək, habelə təcrübələrini bölüşəcəklər. Konfransa Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının, Aqrar Kreditlər və İnkişaf Agentliyinın və USAID təşkilatının nümayəndələri qatılacaqlar. 15 oktyabrda isə Bakıda reallaşacaq tədbirdə 30 əməkçi qadın öz alın tərinin, halal zəhmətinin və torpağa bağlılığının layiqli mükafatını alacaq.
Qeyd edək ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası kəndlərdə yaşayan az təminatlı işsiz qadınların bir araya gələrək qrup biznesi yaratmasını dəstəkləyir. Artıq 20 rayonda 44 Qadın İnkişaf və Müəssisə Qrupları fəaliyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB