Qusarda şəhid Murad Kəlbiyevin ildönümü mərasimi keçirilib - FOTOLAR

Qusarda şəhid Murad Kəlbiyevin ildönümü mərasimi keçirilib - FOTOLAR

YAP Qusar rayon təşkilatı Qusar rayonunda Vətən müharibəsinin şəhidi Kəlbiyev Murad Məmmədziyad oğlunun ildönümü mərasimi keçirib. Murad Kəlbiyev rayonun Cibir kəndində anadan olub. Qeyd edək ki, 1-ci və 2-ci Qarabağ müharibəsində Cibir kəndi 6 nəfər şəhid verib. Oktyabrın 9-da Murad Kəlbiyev Qarabağ müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır.

Mərasimdə YAP rayon təşkilatının fəalları, şəhid ailəsinin yaxınları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə şəhid Murad Kəlbiyevin məzarını ziyarət edərək, onun ruhuna dualar oxuyub və məzarına gül dəstələri düzüblər. Səmimi söhbət zamanı şəhidin ailə üzvləri onlara göstərilən dövlət qayğısına görə, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə