Qobustan rayonunda şəhidlərin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTOLAR

Qobustan rayonunda şəhidlərin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTOLAR

Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Millət vəkili Şahin Seyidzadə, YAP Qobustan rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi Baxışov Cahangir Əmrah oğlunun Şəhadətinin ildönümünə həsr olunmuş anım mərasimində iştirak ediblər.

Tədbir çərçivəsində şəhidimizin məzarı ziyarət olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib. “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Baxışov Cahangir Əmrah oğlunun ailə üzvləri ilə görüşmüş və qayğıları ilə maraqlanmışlar. Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə