İran ordusunun Zəngəzura yerləşdirilməsini kim əngəlləyib?

İran ordusunun Zəngəzura yerləşdirilməsini kim əngəlləyib?

Hələ rəsmi şəkildə bu məlumat təsdiqini tapmasa da, Ermənistanın və İranın siyasi dairələrində “Rusiya İran ordusunun Zəngəzurda yerləşdirilməsinə mane oldu” məzmunlu məlumat müzakirə olunmaqdadır. İranlı jurnalist Xəyal Muazzin də bu məlumatı təsdiq edərək bildirir ki, Ermənistan İranla birgə Zəngəzurda böyük hərbi baza qurulması barədə razılığa gəliblər. Lakin Rusiya İran və Ermənistanın bu qərarları ilə razılaşmayıb.

Ermənistan və İran arasında əldə edilmiş razılaşmaya baxmayaraq Rusiya İran ordusunun Zəngəzur dəhlizinə yerləşdirilməsinə icazə verməyib. Bu Ermənistanda Türkiyənin narazılığına səbəb ola biləcəyi ehtimalı ilə əlaqələndirilsə də, əslində Rusiya öz nəzarətində olan Ermənistan ərazisinə üçüncü ölkənin qoşunlarının yerləşdirilməsinə mane olub. Əks təqdirdə İranın Ermənistanda mövcudluğu Cənubi Qafqazda Rusiyanın nüfuzuna son qoya bilərdi.

İran qoşunlarının Zəngəzura dəvət edilməsi, Zəngəzur dəhlizində Azərbaycan qoşunlarının yerləşdirilməsindən çəkindirmək, eləcədə Ermənistanı Azərbaycanın ehtimal olunan hücumdan qorumaq məqsədi daşıdığı bildirilir.

İranlı politoloq Fəxrəddin Abbaspur açıq şəklidə “ Bakının azad edilmiş torpaqlarda qurmağı planlaşdırdığı "ağıllı" şəhərlər və kəndlər əslində ... İran əraziləri sionistlər və onların əlaltılarının elektron nəzarəti altında düşəcəyi kimi

izah edir. Görünür İranı əndişələndirən də mənz Bakının Cəbrayıl və Zəngilan rayonları ərazilərində təcrübə üçün planlaşdırdığı bir neçə “ağıllı” kənd və şəhər layihələridir.

Politoloq inandırmağa çalışır ki İran qoşunları Zəngəzurda yerləşdirilərsə bu eyni zamanda Rusiyanın Ermənistandakı hərbi hissələrini və Ermənistana edilə biləcək Türkiyə, Azərbaycan və İsrail ordularının hücumlarından qoruya biləcək. Ətraflı məlumatı: https://avia.pro/news/rossiyskie-voyska-ne-propustili-iranskuyu-armiyu-na-territoriyu-armenii-nesmotrya-na?utm_campaign=main&utm_referrer=https%3A%2F%2Fpulse.mail.ru&utm_source=pulse_mail_ru&fbclid=IwAR1vdEj52yzD8OOub-3mm9YyFSm0HZKNwBZbrDPgqY4KXWwQujnXgwqDF-U buradan əldə edin.

Faiq İsmayılov

Bütün xəbərlər Facebook səhifəmizdə