Uzun, gur və sağlam saçlara sahib olmaq əslində o qədər də çətin deyil. SİA xarici mətbuata əsasən bildirir ki, düzgün qulluq və sağlam qidalanma ilə istədiyiniz uzun saçlara sahib ola bilərsiniz.
İnsanların ən böyük aksessuarı olaraq bilinən saçlar, quruluş baxımından insandan insana fərqlənir.
Saç uzatma üsullarının başında nizamlı və sağlam qidalanma gəlir. Məlumdur ki, sağlam qidalanan və mütəmadi olaraq kəsilən saçları gur və sağlamdır.
Yumurta maskası
Yumurta struktur olaraq zülaldan ibarətdir. Saçların sağlam olması üçün kənardan alacağınız protein yaxşı təsir göstərir. Saç baxımınızın hər bir hissəsində ən təbii protein mənbəyi olan yumurtalardan təhlükəsiz şəkildə istifadə edə bilərsiniz.
Yumurta maskasının hazırlanması: 1 və ya 2 ədəd yumurta ağı, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı bal yaxşı çalın və bu qarışığı saçınıza sürtün. 15-20 dəqiqə saxlayın və yuyun. Tətbiq edildikdən sonra saçınızı bir dəsmal ilə bağlayın, təsirini daha yaxşı göstərməsinə səbəb olacaq.
Soğan maskası
Soğan kükürd tərkibi ilə çox zəngin bir qidadır. Bir çox insan qoxusuna görəistifadə etmək istəməsə də, elmi araşdırmalar nəticəsində saç artımına təsiri aydınlaşdırılmışdır. Eyni zamanda, soğan suyu saç ağarmasına belə müalicəvi təsir göstərir.
Soğan maskasının hazırlanması: 4 soğanı xırda doğrayın və 1 litr suya qoyun və 10 dəqiqə qaynatın. Qaynadığınız soğan suyunu bir kənara qoyun və soyuduqdan sonra suyu süzün. Saçınızı duşda yuduqdan sonra bu su ilə durulayın.
Alma sirkəsi
Alma sirkəsi, saysız -hesabsız faydaları olan bir qidadır. Xüsusilə saç köklərini stimullaşdırır və saçların tez uzanmasına, parlamasına və sağlam görünməsinə səbəb olur. Saçınızı durulamadan əvvəl durulama suyuna bir az alma sirkəsi əlavə edə bilərsiniz. Qoxusu sizi narahat edirsə bu suya bir neçə damla naftalin yağı əlavə edin.
Aloe Vera maskası
Son vaxtlar bəhs etdiyimiz dəri üçün əvəzolunmaz bir nemət olan aloe vera, saçlara da çoxlu faydalıdır. Gecələr yatmazdan əvvəl saçlarınıza tətbiq edəcəyiniz aloe vera həm saçlarınızı parlaq edəcək həm də sürətli uzanmasını dəstəkləyəcək. Səhər yuxudan duranda, əlbəttə ki, saçlarınızı yumaq lazımdır.
Hind yağı maskası
Hind yağı maskasının tərkibində olan omeqa 6 və E vitamini sayəsində saç köklərini gücləndirir və sağlam saç uzanmasını təmin edir. 2 xörək qaşığı hind yağını bütün baş dərinizə çəkin və barmaqlarınızın ucu ilə masaj edin. Bunu axşam yatmazdan əvvəl tətbiq edin. Səhər təbii şampun ilə yuyun.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə