“Zəfərin gizli qəhrəmanları" adlı videomüsahibə ictimaiyyətə təqdim edilib - FOTOLAR

“Zəfərin gizli qəhrəmanları" adlı videomüsahibə ictimaiyyətə təqdim edilib - FOTOLAR

9 oktyabr tarixində "Davam" Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ilk ildönümü ilə əlaqədar hazırladığı "Zəfərin gizli qəhrəmanları" adlı videomüsahibəni ictimaiyyətə təqdim edib. SİA-nın verdiyi məlumata görə, videomüsahibə Zəfər savaşı zamanı könüllü çalışan morq işçisi, həkim, jurnalist, sürücü və ictimai fəalın iştirakı ilə ərsəyə gəlib.

Onlar müharibə dövründə keçirdikləri hissləri ilk dəfə "Gənc tv"də dilə gətiriblər.

Qeyd edək ki, sözügedən videomüsahibənin ideya müəllifi Nazim Qasımzadədir və o, "Davam" Gənclər Hərəkatının subbrendi olan "Gənc tv"nin baş prodüseridir.

Bütün xəbərlər Facebook səhifəmizdə