Gündoğan beş min ağacın əkilməsini maliyyələşdirəcək

"Mançester Siti"nin oyunçusu Almaniya və Türkiyədə 5 min ağac əkməyi pul ödəyəcək
Gündoğan beş min ağacın əkilməsini maliyyələşdirəcək

İngiltərənin "Mançester Siti" və Almaniya milli futbol komandasının yarımmüdafiəçisi İlkay Gündoğan daşqın və meşə yanğınlarından zərər çəkmiş Almaniya və Türkiyədə 5 min ağacın əkilməsi üçün pul ödəyəcək.’

30 yaşlı yarımmüdafiəçi “…bu faciəli hadisələrdən çox narahatam. Hər iki ölkədə dostları və qohumları olan bir insan- mənim üçün bu dövrü yaşamaq çətin idi”-deyə bildirib.

Onun sözlərinə görə, mövzunu qaldırmaq və vəsait toplamaq üçün ağac əkmə kampaniyasına qatılmaq istəyir: “İbtidai məktəbdə belə ağacların insanlıq və iqlimimiz üçün vacib olduğunu izah edirlər. Mövzunu qaldırıb və vəsait toplamaq üçün bu kampaniyaya qatılmaq istərdim”.

Onu da bildirək ki, türk əsilli futbolçu bu ölkələrin xüsusilə təsirlənmiş bölgələrinə kömək etmək üçün əlavə vəsait də toplamaq istəyir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə