Ötən il sentyabrın 27-dən erməni təxribatına qarşı Azərbaycanın başladığı əks-hücum qısa bir müddətdə 30 ilə yaxın işğalda qalan Azərbaycan torpaqlarının azad edilməsi ilə və işğalçı Ermənistan tərəfin təslimçilik aktı ilə başa çatdı. Dünyanın əksər dövlətləri bu hərbi əməliyyatları ədalətin bərpası kimi qəbul etsə də az sayda dövlərlər və onların siyasi hakimiyyətləru buna öz mənafeləri baxımından qiymət verməyə cəhd etdilər və etməkdə davam edirlər. Azərbaycanın bütün qonşuları, eləcə də bütün region dövlətləri Azərbaycanın haqq içini dəstəkləməklə, ədalətin qələbəsinə sevinclərini də nümayiş etdirdilər. Bu tarixi zəfər həm regionda, həm də ümumən beynəlxalq aləmdə yeni reallıqlar ortaya çıxardı və ölkəmizin beynəlxalq aləmdəki çəkisi xeyli artmış oldu.
Gözlənilirdi ki, işğal müddətində Ermənistana hər cür dəstək verən İran İslam Respublikasının siyasiləri də yaranmış yeni reallıqla hesablaşacaq və eyni tarixə, eyni ənənələrə malik, islam dünyasının ayrılmaz parçası olan Azərbaycanla bağlı siyasətində korrektələr edəcək, riyakar, yalanlara əsaslanan siyasətdən imtina edərək regioniun, o cümlədən İranın və Azərbaycanın mənafelərinə əsaslanan siyasət yürüdəcək. Lakin gözlənilənlərin əksinə olaraq özünü islam dünyasının aparıcı dövləti hesab edən bu ölkənin siyasi hakimiyyəti on minlərlə müsəlmanı qətlə yetirən, min illərdir ulularının yaşadığı yurd yerlərini viran qoyan, müsəlman qəbirstanlıqlarını dağıdan, məscidlərdə donuz bəsləyən faşist xislətli erməni ünsürlərə dayaq rolunu davam etdirməklə bütün gözləntiləri puç etmiş oldu. Əhalisinin yarıdan çoxunu türk soylu millətlər, o cümlədər hakim fars millətindən 1,5 dəfə çoxunu Azərbaycan türkləri təşkil edən bir ölkənin siyasilərinin bu mövqeni nümayiş etdirməsi təəssüf və təəccüb doğurur.
Azərbaycan müstəqilliyini əldə etdiyi ötuz il ərzində hər zaman İrana dost ölkə kimi, İran xalqına isə qardaş xalq kimi sıcaq münasibətlə yanaşmasına rəğmən İran-fars şovinist siyasilərinin sərgilədikləri indiki siyasi mövqe Azərbaycan xalqının haqlı narazılığına və kəskin hiddətinə səbəb olmuşdur. İndiki İran siyasilərinin xurafata, zombiləşdirməyə əsaslanan daxili siyasəti bu ölkədə hədsiz narazılıqların mövcudluğunu ortaya qoyursa, xarici siyasət xətti, xüsusən qonşu ölkələrlə bağlı siyasəti beynəlxalq aləmdə bu ölkənin nüfuzuna ciddi mənfi təsir göstərir və nəticədə İran xalqının, o cümlədən bu ölkədə yaşayan 35 milyondan çox Azərbaycan türklərinin gələcəyini təhlükə altında qoyur.
Bütün bunları nəzərə alaraq, Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrdə saç ağartmış insanların təşkilatı olan “Azadlıq Hərakatçıları” İctimai Birliyi İran İslam Respublikasının siyasi rəhbərliyini daha ağıllı, daha proqmatik, düşünülmüş siyasi qərarlar qəbul etməyə, bölgəni qana bürüyəcək indiki addımlardan imtina etməyə, ona ən yaxın dost ölkələr olan Azərbaycanla və Türkiyə ilə bağlı siyasətdə korrektələr etməyə çağırır. Eyni zamanda, Azərbaycan vətəndaşlarını xurafatın qurbanları olmamağa, islam dini pərdəsi altında şovinist farslaşdırma siyasətinin mahiyyətini anlamağa, bu siyasətin qurbanlarına çevrilmiş az saylı həmvətənlərimizin gerçəkləri anlamaları üçün izahat və maarifləndirmə işini gücləndirməyə çağırırıq.
Unutmayaq ki, min illər boyu indi İran adlanan məmləkəti türklərin idarə etməsi faktından əndişələnən bəzi fars şovinistləri hər vasitə ilə xalqı öz haqqından vaz keçməyə sövq edən fanatik təbliğatla tarixi gerçəklikləri unutdurmağa can atırlar. Bu da 1918-ci ildə İngilis və Holland səfirlərinin atlarına baxan mehtər olmuş, milliyətcə fars olan Rza Palaninin həmin ölkələrin yardımı ilə İranda şah kürsüsündə Rza Şah Pəhləvi adı ilə oturdulması və ölkədə digər xalqlara fars şovinizminin sirayət etməsi üçün münbit şərait yaradılması ilə nəticələnmişdir. Təkcə bu həqiqəti dərk etməklə indiki İran-fars rejiminin ermənipərəst siyasətinin hardan qaynaqlandığı haqqında aydın təsəvvürümüz yaranmış olur. Bütün xalqımızı, dünyada yaşayan 60 milyonluq Azərbaycan türkünü fars-şovinizminə qarşı birlik nümayiş etdirməyə, “düşməınimin dostu mənim düşmənimdir” formuluna əsaslanmağa, içimizdə təfriqə salmağa çalışan hər kəsi vaxtında müəyyən edib zərərsizləşdirilməsi üçün qətiyyət göstərməyə çağırırıq. Bəyanat AHB İdarə Heyənin 08.10.2021 tarixli onlayn tolantısında qəbul edilmişdir.
“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri: T.Y.Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB