YAP Sabunçu rayon təşkilatında qazilərlə görüş keçirilib - FOTOLAR

YAP Sabunçu rayon təşkilatında qazilərlə görüş keçirilib - FOTOLAR

YAP Sabunçu rayon təşkilatı və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 41 nəfər Vətən Müharibəsi Qazilərilə görüş keçirildi. Görüşdə Milli Məclisin deputatı Əliabbas Salahzadə və digər qonaqlar iştirak etdi.

Tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirildi və daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Yap Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Müharibənin qələbəmiz ilə başa çatmasında Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və Azərbaycanın əzmkar Ordusuna təşəkkürünü bildirdi. Misirxan Vəliyev tədbirdə iştirak edən Vətən Müharibəsi Qazilərinə üzünü tutaraq bildirdi ki, sizin kimi mərd, qorxmaz Vətən oğulları ilə qürur duyuruq və sizin, əhidlərimizin canı, qanı bahasına 30 ilə yaxın erməni faşistlərinin işğalı altında qalmış torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Biz hər zaman Sizin yanınızdayıq.

Çıxış edənlərdən Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev, sədr müavini Məcid Məmmədov 44 günlük Vətən müharibəsi dövründə hər zaman əsgərlərimizə maddi və mənəvi dəstək olduqlarını bildirdilər və bundan sonra da şəhid ailələrinə, qazilərə dəstək olacaqlarını bildirdilər.

Daha sonra Azərbaycan Ordusunun mayoru, Vətən Müharibəsi veteranı Bəxtiyar Əli oğlu Mustafayev çıxış edərək bildirdi ki, Ali Baş Komandanımız İlham Əliyevin "irəli"əmrilə Ordumuz böyük ruh yüksəkliyilə döyüşərək düşməni məhv etdi. Ali Baş Komandanımızın "Dəmir yumruğu", xalqımızın birliyi bizə bu qələbəni yaşatdı. Artıq bütün dünya Azərbaycanın güclü dövlət olduğuna bir daha əmin oldu.

Tədbirin sonunda Vətən Müharibəsi Qazilərinə fəxri fərman və hədiyyələr təqdim olundu, onlarla xatirə şəkilləri çəkdirildi.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə