Zaqatala rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTOLAR
Zaqatalada Vətən müharibəsi şəhidlərinin anım mərasimləri davam edir. YAP Zaqatala rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Aşağı Tala kənd sakini baş leytenant Valeh Vahid oğlu Bədəlovun və Zaqatala rayon Aşağı Çardaqlar kənd sakini şəhid Zöhrab İlham oğlu Mehdiyevin ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Daha sonra Şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə