YAP Səbail rayon təşkilatının fəalları şəhid ailəsini ziyarət ediblər

YAP Səbail rayon təşkilatının fəalları şəhid ailəsini ziyarət ediblər

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidləri Tağıyev Əli Aydın oğlu və Hüseynov İsmayıl Şahvələd oğlunun Səbail rayonunda yaşayan ailə üzvləri ilə görüş keçirib. Qəhrəman şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını dilə gətiriblər. Onlar Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildiriblər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə