Azərbaycanın ən dilbər və səfalı guşələrindən olan, musiqi mədəniyyətimizin tarixi yurdu Qarabağın mənfur erməni cəlladları tərəfindən işğal olunduğu gündən sonra ötən bütün zaman kəsiyində Azərbaycan xalqı məğlubiyyətlə barışmayaraq, Qarabağ nisgilini unuda bilmədi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev beynəlxalq səviyyədə keçirtdiyi bütün tədbirlərdə Qarabağ məsələsini gündəmə gətirməklə dünyaya mesaj verirdi. Onun “Qarabağ Azərbaycandır!” şüarı artıq dillər əzbərinə dönmüşdü. Beynəlxalq qurumlar, BMT, ATƏT-in Minsk Qrupu və digər təşkilatlar erməni həyasızlığına göz yumduqca Azərbaycan xalqının əsəbləri tarıma çəkilir, qisas alacaq günü səbirsizliklə gözləyirdilər. Lakin azğın erməni tayfaları isə “yeni müharibə, yeni ərazilər” devizi altında xülyalar qururdu. General Polad Həşimovun səngərdə şəhid olması Azərbacan xalqının oyanışı, bir yumruq halında birləşməsi üçün sanki bir qığılcım oldu. Azərbaycan gəncləri ordu sıralarına könüllü qoşulmaq üçün Hərbi Komissarlıqlara üz tutdular. Azğın ermənilərin həyasızlığına möhtərəm Prezidentimiz dəfələrə mesaj versə də beynəlxalq qurumlar heç nəyi dəyişməyə maraqlı olmadılar.
Nəhayət 27 sentyabr 2020-ci il. Azərbaycana baş ucalığı, zəfər gətirəcək şanlı tarixin ilk günü. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev antiterror əməliyyatı üçün əks-hücum əmrini verdi. Hər kəsin diqqəti yalnız Azərbaycan Televiziyasına dikilmişdi. Qələbə xəbərləri isə günü-gündən axışıb gəlirdi. Ən sevindirici və qürurverici hal isə bu qələbə xəbərlərini məhz Ali Baş Komandan özü öz xalqına deyir, onları muştuluqlayırdı.
4 oktyabr 2020-ci il. 18 avqust 1993-cü ildə mənfur ermənilər tərəfindən işğal olunan Cəbrayıl rayonu məhz 28 il sonra 4 oktyabr 2021 ci ildə azad olundu. Bu qələbə xəbərini eşidən cəbrayıllılarla yanaşı bütün Azərbaycan xalqı sevinc içində idi. Əslində Cəbrayılın azad olunmasına start 2016-cı ildə Cocuq Mərcanlının azad olunmasından sonra verilmişdi. Cəbrayıl rayonu respublikamızın strateji əhəmiyyətli rayonlarından biridir. Cəbrayılın azad olunması həqiqətən çətin idi. Çünki mənfur ermənilər bütün istehkamları məhz bu istiqamətdə qurmuşdu. Burada gedən döyüşlərdə erməni tərəfi minlərlə hərbiçi itirərək qaçmağa məcbur edildi. Artıq Cəbrayıl azadddır. Cəbrayıla yeni nəfəs verilir. Prezident İlham Əliyev Qarabağ və ona bitişik rayonların bərpa edilməsi və dirçəldilməsi barədə müvafiq sənəcamlar imzalamış, hal hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Artıq Cəbrayılda yarımstansiya tikintisi həyata keçirilir, 4-5 zolaqlı magistral yolunun çəkilməsi uğurla davam etdirilir. Artıq bütün dünyaya bəlli olan Dəmir yumruq ifadəsi yalnız güc simvolu deyil, eyni zamanda birlik simvolu olmasını bir daha təsdiq etdi.
Hal-hazırda Cəbrayıl rayonu da daxil olmaqla Qarabağ və ona bitişik ərazilərin bərpası üçün dünyanın bir çox ölkələri ilə işbirliyi yaradan möhtərəm Prezidentimiz bu ərazinin tezliklə cənnətə dönəcəyini bəyan etmişdir. Cərayılın azad edilməsi Qələbəmizin daha da yaxınlaşması üçün əsl motivasiya oldu-desəm yanılmaram. Çünki Cəbrayıldan sonra Zəngilanın, Qubadlının və digər ərazilərin azad edolməsi planı qarşıda var idi. Cəbrayılın azad edilməsi özündən razı qaraçı millətinə oxşar hayların “məğlubediməz erməni” mifinin puç olduğunu sübut etdi. Erməni faşizmini dünyaya tanıtdı. Bu faşizmi məhv etdi. Nəinki Azərbaycan tarixində, deyərdim dünya tarixində bir ilkə imza atan möhtərəm Prezidentimizin müdrik siyasəti, uzaqgörənliyi, qətiyyəti, məğrurluğu, cəsarəti sayəsində qazanılan Qələbəmizin ilk qaranquşu olan Cəbrayılın tezliklə sözün əsl mənasında cənnət bir guşəyə çevriləcəyi, öz doğma övladlarına ana kimi qollarını açacağı, qucağına alacağı gün uzaqda deyil.
Əliheydər Babayev
117№- li tam orta məktəbin müəllimi, Xəzər rayonu Yeni İctimai Nəzarət Təşkilatının sədri, yaziçi-publisist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB