İqtisadi və Sosial İnkişaf Mərkəzi, Belarusiyanın Avrasiya Dövlətləri Keçid Araşdırma Mərkəzinin həyata keçirdiyi “Mərkəzi və Şərqi Avropa ölkələrində Dezinformasiyaya Dözümlülük İndeksi II (2020-2021)” adlı proqram çərçivəsində ölkənin yerli mediasında Çin və Kremlin apardığı təbliğatın səviyyəsini qiymətləndirdi. Hesabatda 2018 -ci ildən bəri institusional və tənzimləyici çərçivədə və media mühitində baş verən dəyişikliklərə diqqət yetirilir. 2021 - Dezinformasiyaya Dözümlülük İndeksi araşdırması dörd Vişeqrad ölkəsini (Çexiya, Macarıstan, Polşa, Slovakiya) və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edir. 2018 -ci ildə nəşr olunan “Dezinformasiyaya Dözümlülük İndeksi” araşdırmasının ilk nəşrindən bəri, bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində siyasi mühit, beynəlxalq əlaqələr və media istehlakı modellərində əhəmiyyətli inkişaflar baş vermişdir.
Tədqiqat qanunvericilikdəki dəyişiklikləri və inkişafları, VCT mütəxəssislərinin, KİV və QHT nümayəndələrinin rəylərini əhatə etmişdir. Araşdırma, eyni zamanda, media işçiləri və VCT üzvləri arasında aparılan sorğuya əsaslanır. Tapılan nəticələrə uyğun olaraq, məlum oldu ki, ölkədə Çin təbliğatının səviyyəsi aydın şəkildə müşahidə olunmur, Kremlin apardığı təbliğat isə orta səviyyədədir. Tədqiqat, bir sıra tövsiyələr ilə yanaşı, medianın mövcud mühitinə və xarici ölkələrin apardığı dezinformasiyalara qarşı dayanıqlılığına nəzər saldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB