“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının ictimai təşəbbüsü əsasında 44 günlük vətən müharibəsinin 1 illiyi münasibətilə Vətən müharibəsi dövründə xüsusi xidmətləri olmuş qazilərin mükafatlandırma mərasimi keçirildi. SİA xəbər verir ki, mükafatlandırma mərasimində qazilər, YAP Sabunçu rayon təşkilatının rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyəti və fəal üzvüləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edərək çıxış etdilər.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində uğurlu tarixi qələbə Zəfərinin qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu və rəhbərliyi altında Müzəffər ordumuzun torpaqlarımızı işğalçı erməni qəsbkarlarından azad edilməsində göstərdikləri fədakarlıqdan danışdılar. Bildirdilər ki, Şəhid ailələrinə və Qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə birgə ictimai-siyasi fəaliyyət olduqca vacibdir.
Mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında qeyd etdi ki, Yeni Azərbaycan Partiyası ilə birgə bu cür milli vətənpərvər təşəbbüslərlə çıxış etməkdə əsas məqsəd Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Şəhid ailələri, Qazilər və müharibə iştirakçılarının sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ictimai siyasi kursu əsas götürərək Dövlət QHT münasibətlərin daha da inkişaf etdirilməsi fonunda vətəndaş cəmiyyəti tərəfindən bu cür ictimai dəstəyin davamlılığını təmin etməkdir.
Birlik rəsmisi onu da qeyd etdi ki, Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyi gələcəkdə də Yeni Azərbaycan Partiyası ilə milli, vətənpərvər ruhda birgə təşəbbüs və layihələrdə iştirak edərək ölkəmizin həssas təbəqəsinə qulluq və xidmət etmək üçün bütün imkanlarını səfərbər edəcək.
Qeyd edək ki, mükafatlandırma mərasimində 40 dan çox qaziyə mükafat və hədiyyələr təqdim edildi.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB