Mövsümi olaraq bu günlərdə əvvəlkindən daha çox qidalanmamıza diqqət yetirməliyik. SİA xarici mətbuata istinadən bildirir ki, payızda immuniteti gücləndirmək və yorğunluğu aradan qaldırmaq üçün müəyyən vitamin tərkibli qidaları istehlak etməliyik. Bəs bunlar hansılardır?
Antioksidant qida - Halsızlıq və yorğunluq hissinin ən vacib səbəblərindən biri də düzgün qidalanmamaqdır. Yetərli və nizamlı qidalanma sağlamlıq üçün atılacaq ən böyük addımdır. Antioksidantlar bədənə zərər verən sərbəst radikalları zərərsizləşdirərək immunitet sistemini gücləndirir. Diyetinizə yüksək antioksidant qabiliyyəti olan qidaları daxil etməyiniz məsləhətlidir: kivi, nar, qreyfrut, portağal, naringi, limon, alma, ispanaq, pazı, kələm, ənginar, brokoli, gül kələm, yerkökü, kahı və yaşıl bibər. Soğan və sarımsaq antioksidantlar və seleniumla zəngin olmaqla yanaşı antibakterial və antiviraldır. İçindəki kükürdlər immunitet sistemini gücləndirir, gündəlik enerjinizi artırır.
Təbii probiyotiklər - Bədənimizdəki faydalı və zərərli bakteriyaların tarazlığı pozularsa, xəstəliklərə qarşı həssas oluruq. Nəticədə xroniki yorğunluq başlayır. Probiyotik adlanan faydalı bakteriyalar müdafiə sistemini gücləndirir və bədəni infeksiyalara qarşı qoruyur. Evdə hazırlanan qatıq, turşu xiyar probiotiklərin təbii mənbəyidir. Diyetinizə probiyotiklərin qidaları olan prebiyotik qidaları daxil edin. Təbii probiyotiklərdən bəziləri bunlardır: soğan, sarımsaq
Paxlalı bitkilər - Yüksək lif tərkibi sayəsində həzm sisteminin normal işləməsini təmin edir. Paxlalı bitkilərin demək olar ki, bütün növlərində olan kalsium, B vitaminləri, kalium, maqnezium və E vitamini immunitet sistemini gücləndirir. Tərəvəz zülalı mənbəyi olan quru lobya, qara göz lobya, noxud, yaşıl mərcimək, maş kimi paxlalı bitkiləri yalnız yemək olaraq deyil, həm də qaynadılmış formada salatlarınıza əlavə edə bilərsiniz.
Ədviyyatlar - Masanıza zəncəfil, sarıkök, qırmızı bibər, kəklikotu və darçın kimi ədviyyatlar əlavə edin. Bal və qatığa toz şəklində sarıkök əlavə edib istifadə edə bilərsiniz. Bir az zeytun yağı və qara bibər ilə birlikdə istifadə etmək də faydalıdır. Zəncəfil, immunitet sistemini dəstəkləməyə kömək edən çox güclü bir antibakterial xüsusiyyətə malikdir. Bitki çayınıza kök zəncəfil əlavə edə bilərsiniz.
Abutel İsmayılı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB