Şəhid məzarları Şamaxıda yad edildi - FOTOLAR

Şəhid məzarları Şamaxıda yad edildi - FOTOLAR

Şamaxı rayonunda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına həlak olan Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının rəhbərliyi və fəalları 44 günlük Vətən müharibəsində öz canından keçən şəhid Əliyev Yusif Asif oğlunun və Qurbanlı Nurlan Süleyman oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini və məzarlarını ziyarət ediblər.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə