"Bu aylarda zikr və duaların olunması böyük savabdır" - DİN XADİMİ DANIŞDI
“İslam təqvimində birinci ay Məhərrəm ayıdır. Məhərrəm ayının İslamda çox xüsusi bir yeri var. Aşura sözü 10-cu gün mənasını verir. Tarix elə gətirib ki, Məhərrəm ayının 10-da Peyğəmbərin nəvəsi İmam Hüseynin və ətrafındakılarının qətli baş verib”. Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bu hadisə İraq ərazisi olan Kərbəlada Hicrətin 61-ci ilində, Miladi təqvimlə 680-cı ildə baş verib: “Bu da müsəlmanların tarixinə qanlı səhifə olaraq yazılıb. Məhərrəm ayının 10-nu biz xüsusi qeyd edirik. Tarix bu hadisəni adi bir hadisə kimi qəbul etmir, bu Peyğəmbər ailəsinə qarşı törədilmiş soyqırımdır və dünya bunu araşdırır. Azərbaycan xalqı da bu tarixi gözəl bilir və tanıyır.
F.Nurullayev vurğulayıb ki, Məhərrəm ayının ardınca Səfər ayı gəlir: “Peyğəmbər ailəsinə qarşı törədilən qətlin 40 gün ehtiramı saxlanılır. Veəbu 40 günün sonu da Səfər ayına təsadüf edir. Ona görə də Səfər ayında da həmin ehtiram gözlənilir. Həmçinin, bu ayın yadda qalmasında əsas məqamlardan biri də Məhəmməd Peyğəmbərin bu ayda vəfat etməsidir. Ona görə də Səfər ayının 28-i müsəlmanların tarixində xüsusi yer tutur. İmamiyyə əqidəsinə görə Səfər ayının sonuna İmam Rzanın vəfatı təsadüf edib. Biz bu ayları ehtiramla qarşılayırıq. Çalışırıq ki, bu ayda bacardığımız qədər dualar, ibadətlər edək. Məhərrəm və Səfər aylarında sədəqə vermək, xüsusi zikr və duaların olunması böyük savabdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB