İranlı turistlərin İrəvana gəlişinin əsas səbəbi...

İranlı turistlərin İrəvana gəlişinin əsas səbəbi...

...Deməli, ermənilərin turizm komitəsi “Facebook” səhifəsində dünyanı ağuşuna alan koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, yay aylarında Ermənistanda turizm aktivliyinin qeydə alındığını bəyan ediblər. Belə ki, onların dediyinə görə, bu ilin təkcə yanvar-avqust aylarında 488 558 nəfərə yaxın xarici vətəndaş “turist” kimi Ermənistanı ziyarət edib.

Əlbəttə, bunu balaca bir ölkə üçün pis göstərici kimi təqdim etmək haqsızlıq olardı.

Etiraf edək ki, daha çox xaricdəki erməni miqrantların göndərdiyi maliyyə hesabına təşəkkül tapan erməni iqtisadiyyatı koronavirus səbəbindən iflasa uğraya bilərdi. Amma nə yaxşı ki, ermənilərin “tarixi abidələrlə zəngin” olan bir əraisi və bu tarixi abidələrə baxmaq istəyən xarici turistləri varmış.

Maraqlıdır ki, bəzi erməni rəsmiləri yanvar-avqust aylarında Ermənistana gələn turistlərin say çoxluğundan, haradasa məmnunluq ifadə etsələr də, amma bəzi ölkə rəsmiləri bunu hələ ki, son göstərici kimi qəbul etmək istəmirlər.

Məsələn, ölkənin iqtisadiyyat naziri əvəzi Vahan Kerobyan... iddialıdır. Yəqin ki, yadınızda olar, o hələ bu ilin əvvəlində Ermənitana gələcək turistlərin sayında 319 faiz artım olacağını vəd etmişdi. Qeyd edək ki, bu gün Vahana bildirilən bəzi iradlara baxmayaraq, o hələ də dediklərində israrlıdır. Deyim ki, onu başa salmağa çalışsalar da, o nədənsə, başa düşmək istəmir ki, əgər arxada qalan 8 ay ərində Ermənistana 488 558 nəfər turist gəlibsə, qalan dörd, özü də soyuq qış aylarında Ermənistana bundan çox turist necə gələ bilər?

Əslində etiraf edilməsə də, bəzi ermənilər bu il Ermənistana gələn turitlərin say çoxluğunu qonşu Türkiyənın turist bölgələrində baş verən(?) yanğınlarla əlaqəli olduğunu yaxşı başa düşürlər.

Üstəlik, nəzərə alsaq ki, yayda turist axınının cüzi də olsa artması həmin turistlərin Ermənistana marağının bərpası ilə bağlı olan obyektiv bir proses deyil. Yadınızda olar, yay aylarında Ermənistan can atan “turistlərin” çox hissəsini İran vətəndaşları təşkil edirdi ki, bu da səbəbsiz deyildi. Çünki İranda qiyməti “ceyran belinə çıxan” koronavirusa qarşı peyvənd iynələrini ermənilər ölkəyə gələn turistlərə pulsuz vururdular. Təbii ki, bir çox iranlı bundan, yəni müftə peyvənd olunmaqdan yararlanmaya bilməzdi.

...Nə isə, mövzudan uzaqlaşmayaq...deməli, yenə də dediyimiz kimi, ölkənin iqtisadiyyat naziri əvəzi Vahan Kerobyan “turistlərin sayındakı 319 faiz artım” barədə dediklırindən dönmür. Maraqlıdır ki, bəziləri onun qalan dörd ay ərzində 700 min əcnəbinin tuist kimi Ermənistna gələ biləcəyinin xəyalı bir arzu olduğunu ona anlatmağa çalışsalar da, amma o dediyindən dönmür ki, dönmür.

... Yəni Kerobyan israr edir. İlin sonuna qədər, turizmdən də gələn gəlir də daxil olmaqla ölkədə ikirəqəmli iqtisadi artım qeydə alacağını israr edir. Əslində, erməni erirafına görə, bu cür proqnozlar vermək üçün Vahanın heç bir obyektiv faktoru yoxdur. Amma burada yeganə arqument Kerobyanın “inadkar nikbinliyi”dir.

Ermənilərə görə, belə nikbin ilham mənbəyinin Kerobyanda haradan peyda olduğunu söyləmək çətin olsa da: “…amma “bu nikbin ilhamı” ölkə iqtisadiyyatının dövlət tənzimlənməsi sahəsini sirk arenasına çevirən bacarıqsızın birində axtarmağa dəyər”.

Bunu da ermənilər Vahanla bağlı deyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə