Əliyev İlqar Ədil oğlunun əziz xatirəsi xaricdə yaşayan Azərbaycanlıların, Rus xalqının, xalqımızın türk dilli xalqların qəlbində əbədi yaşayacaq
Xaricdə yaşayan azərbaycanlılara, xalqımıza ağır itki üz vermişdir. Ürəyi, qəlbi daimi öz doğma xalqı ilə döyünən harada yaşamasından, işləməsindən asılı olmayaraq Azərbaycanın milli maraqlarını həmişə ön planda saxlayan, dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizdə və dünyada apardığı uğurlu, məqsədyönlü siyasətinə xüsusəndə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə qurulmasında Rusiya Federasiyasının prezidenti Putinlə münasibətləri, dostluğun möhkəmlənməsində apardığı siyasətə yüksək qiymət verərək, iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə hər iki dövlət başçılarının siyasətlərinə dəstək verərək möhkəmləndirilməsi üçün öz xidmətlərini əsirgəməyən, xalqımızın, millətimizin adına həmişə ucalıq gətirən, Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri İstintaq Komitəsinin xüsusilə mühüm işlər (dövlət hakimiyyət əleyhinə və iqtisadi sahədə cinayətlərin araşdırılması) üzrə ikinci idarəsinin rəisi, ədliyyə polkovniki Əliyev İlqar Ədil oğlu ömrünün 50-ci ilində dünyasını dəyişmişdir.
İlqar Əliyev 24 avqust 1970-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Tovuz şəhər Nəsrəddin Tusi adına orta məktəbin rus bölməsində almışdır. 1988-1990-cu illərdə Primorsk diyarında hərbi xidmətdə olub.
İlqar müəllim hələ orta məktəbdə oxuduğu illərdən hüquq elminə yiyələnmək və hüquqşünas olmaq istəyirdi, özüdə xarici ölkədə təhsil almaq, işləmək və azərbaycanlı olaraq Azərbaycanın xarici ölkələrdə haqq səsinə səs vermək, erməni diasporlarının, lobbilərinin anti-Azərbaycan, uydurma, qondarma təbliğatlarına qarşı öz haqq səsini ucaltmaq onun istək və arzusu olub.
Eyni zamanda İlqar Əliyev müdrik rəhbərimiz Heydər Əliyevin hələ Sovetlər İttifaqı dövründə yəni 1970-ci, 80-ci və 87-ci illərdə Azərbaycana rəhbərliyinin ilk dövründən və Moskvada Nazirlər Soveti sədrinin Birinci müavini işlədiyi illərdə bu günümüz, gələcəyimiz üçün dünya təcrübəsini dərindən mənimsəyərək, Azərbaycanımızı və xalqımızı xarici ölkələrdə layiqincə təmsil edən savadlı, bilikli kadrların hazırlanmasına verdiyi xüsusi diqqət və qayğıdan bəhrələnərək xarici ölkələrdə işləyən ixtisaslı kadrlardan daha çox bilgi aldığına görə xaricdə oxumağa üstünlük vermişdir.
1991-ci ildə Rusiya Federasiyasının Sverdlovsk Hüquq Universitetinin hazırlıq bölməsində hazırlıq kursu keçmişdir. 1992-ci ildə Ural Dövlət hüquqşünaslıq Akademiyasının prokurorluq fakultəsinə daxil olub. 1997-ci ildə həmin Akademiyanı bitirib və Moskva vilayətinin Podolsk şəhər prokurorluğuna müstəntiq təyin edilib.
2000-ci ildən 2017-ci ilədək Moskva vilayətinin bir sıra şəhər prokurorluqlarında rəhbər vəzifələrdə işləmiş, eyni zamanda Rusiya Federasiyasının İstintaq Komitəsinin baş istintaq idarəsində rəhbər vəzifələrdə işləmişdir.
2018-ci ildə isə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbərliyi onun işini fəaliyyətini, qüsursuz xidmətlərini, şərəflə, vicdanla işinə bağlı olaraq xidmət etməsini yüksək qiymətləndirərək İlqar Əliyevi daha da yüksək vəzifəyə - Moskva şəhəri İstintaq Komitəsinin xüsusi ilə mühüm işlər üzrə 2-ci idarəsinin rəisi təyin edilmişdir.
İlqar müəllim bu vəzifədə işlədiyi müddət ərzində Rusiya Federasiyasının hüquq mühafizə orqanlarında, o cümlədən Baş Prokurorluqda, Daxili İşlər Nazirliyində, Rusiya İstintaq Komitəsində, Federal təhükəsizlik xidmətində öz peşəkarlığı, bilik və bacarığı ilə qüsursuz xidmətlərinə görə, dövlət və hakimiyyət orqanlarına qarşı baş verən cinayətlərin, iqtisadi sahədə baş verən cinayət hadisələrinin istintaqının aparılmasında xüsusi xidmətlərinə görə böyük nüfuz qazanmışdı. Ədliyyə polkovniki rütbəsi verilmişdi. Hətta Ədliyyə general-mayoru rütbəsinin verilməsinin təqdimatı da hazırlanmışdı. Çox təəssüf ki, amansız vaxtsız gələn ölüm bu məsələnin həllini yarımçıq qoydu.
İlqar Əliyevin əvəzsiz xidmətləri, Rusiya Federasiyasının dövlət və hökümət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Ədliy-yə general-polkovniki A.İ. Bastrikinin əmri ilə “Qüsursuz xidmətlərinə görə” 1-ci və 2-ci dərəcəli medalla, böyük vətən müharibəsində qələbənin 75 illiyi xatirə medalı ilə, Rusiya Federasiyası İstintaq Komitəsinin 10 illiyi xatirə medalı ilə və dəfələrlə təşəkkürnamə ilə təltif edilmişdir.
İlqar müəllim öz xidməti vəzifəsini yerinə yetirməklə yanaşı Rusiyada ya-şayan azərbaycanlılarla sıx əlaqə saxlayırdı. Milli ruhda tərbiyə aldığına görə onda milli düşüncə, milli özünü dərk, milli baxış o qədər yüksək idi ki, o həmişə Azərbaycanı diqqətindən kənarda qoymurdu.
44 günlük vətən müharibəsində, Müzəffər Ali Baş Komandan, dünyanın hərb tarixinə yeniliklər gətirmiş, XXI əsrin dünyəvi yenilməz siyasi lideri, prezidenti cənab İlham Əliyevin komandanlığı ilə xalq-ordu-iqtidar birliyinin, vəhdətinin sayəsində, şəhidlərimizin canı qanı bahasına, qazilərimizin mübarizliyi sayəsində əldə etdiyimiz qələbə onu çox ruhlandırmışdı. O, istintaq orqanlarında yırtıcı yuvası salmış erməni millətçilərinin layiqli cavabını verirdi.
Prezient cənab İlham Əliyevin siyasətinə dəstək verərək bu siyasətin uğurlu nəticəsi olaraq ərazi bütövlüyümüzün təmin edilməsinə çox sevinirdi.
İlqar müəllim istintaq komitəsində yüksək vəzifələrdə çalışmaqla öz xidməti fəaliyyəti ilə Rusiyada yaşayan azərbaycanlıların, türk dilli xalqların hüquqlarını qorumaqla onlara dəstək verirdi. Rus xalqı ilə xalqımız arasında dostluğun, qarşılıqlı münasibətlərin inki-şafına xidmət edirdi.
Əliyev İlqar Ədil oğlunun əziz xatirəsi dünya zərbaycanlılarının, xalqımızın qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Dəmir Qurbanlı
AJB-in üzvü, "Azad Azərbaycan” qəzetinin şöbə müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB