ADA-da “Yoxsulluğu Yenidən Araşdır” mövzusunda dəyirmi masa keçirilib
ADA universitetində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının birgə layihəsi çərçivəsində Dayanıqı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər tərəfindən Ümumdünya Yoxsulluqla mübarizə gününə həsr olunan “Yoxsulluğu Yenidən Araşdır” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, konfransda Milli Məclisi təmsil edən deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev iştirak edib.
M.Əfəndiyev iştirakçıları salamlayaraq ilk növbədə Azərbaycanın müstəqilliyini əldə etdikdən sonraəhalinin yoxsulluğunun aradan qaldırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətindən, bu çərçivədə həyata keçirilən işlərdən bəhs etdi.

Millət vəkili bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin hələ 1993-cü ildən başlayaraq gördüyü işləri, 2000-ci ildən BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" Bəyannaməsini icra edərək yoxsulluğun qısa müddətdə azaldılması, insanların sağlamlığının qorunması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, ətraf mühitin yaxşılaşdırılması üzrə müsbət nəticəyə nail olmuş az sayda dövlətlərdən olmasını xüsusi vurğuladı.
Eyni zamanda M.Əfəndiyev qarşıya qoyulan sosial-iqtisadi hədəflərə nail olunmasında universal sənəd hesab edilən 2030 Gündəliyinin rolunu vurğulayaraq Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının dövlətimizin prioritetlərindən olduğunu qeyd etdi: “DİM-lərin tətbiqi əhalinin rifah halının yaxşılaşdırılmasınındavamlılığını təmin edəcəkdir.”
Onu da qeyd edək ki, 2020-ci ildə COVİD-19 pandemiyasının ölkə iqtisadiyyatına, məşğulluğa vurduğu zərərə baxmayaraq bu gün yoxsulluğun azaldılması üçün dövlət proqramları uğurla həyata keçirilir.
Sonda deputat mövzu ətrafında gənclərlə geniş fikir mübadiləsi apararaq iştirakçıların müxtəlif suallarını cavablandırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB