“Mahir Xəttab dövlətin ədalətinə güvənir” - Jurnalistin yeni vəkili
"Hazırda haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilən “AZADİNFO” MMC-nin rəhbəri Mahir Xəttab (Mahir Ələkbərov) dövlətin ədalətinə güvənir və tezliklə həqiqətin öz yerini tapacağına ümid edir". SİA-nın məlumatına görə, bu sözləri Mahir Xəttabın vəkili Araz Nurməmmədov açıqlamasında deyib.
Onun sözlərinə görə, sayt rəhbəri, haqqında verilən qərardan asılı olmayaraq, dövlətinə və dövlət başçısına daim sadiq olacağını bildirib: "Mahir bəy 8 ilə yaxın müddətdə media faliyyətində dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasəti daim dəstəkləyib. Zaman-zaman etdiyi tənqidlər də dövlət başçısının apardığı uğurlu siyasətə dəstək rolunu oynayıb. Hazırda olduğu Bakı İstintaq Təcridxanasında saxlanılanlara qarşı çox yaxşı rəftar olunduğunu bildirən Mahir bəy dövlətin ədalətinə güvənir və tezliklə həqiqətin öz yerini tapacağına inanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB