44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. 2020-ci il 10 noyabr sazişi Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpa olunması yolunda ilk addım idi. Hadisələrin bundan sonrakı gedişi tərəflərin və vasitəçilərin birgə səyindən çox asılıdır. Azərbaycan bu yolda öz üzərinə düşən bütün məsələləri müsbət addımlarla həll etməyə çalışsa da, qarşı tərəf haqqında bunları demək mümkün deyil. Ermənistan hökumətinin prosesləri ləngitmək və pozmaq üçün iki ölkənin sərhədlərində və Dağlıq Qarabağda provakasiyalara əl atması, Ermənistanda revanşist qüvvələrin fəallaşması bunun bariz nümunəsidir. Bütün bunlar mübarizənin yeni müstəvidə davam etdiyini göstərir.
İstər müharibə dövründə, istərsə də müharibədən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xarici yerli kanallara verdiyi müsahibələr informasiya müharibəsində də Azərbaycanın qələbəsində mühüm rol oynayır. Çünki belə bir çətin vaxtda insanlar məlumatı birinci şəxsin özündən eşitməyə daha üstünlük verirlər. Oktyabrın 1- də İspaniyanın EFE agentliyinə prezident İlham Əliyevin verdiyi müsahibə də istisna deyil.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət dəyişib və regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Bu imkanlar xüsusən də yeni kommunikasiyaların açılmasını, nəqliyyat dəhlizlərinin yaradılmasını şərtləndirir. Region ölkələrinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək müştərək layihələr əlbəttə ki, ilk növbədə bölgənin sürətli inkişafı üçün real zəmin yarada bilər.
Yeni reallıqları dəyərləndirən Prezident İlham Əliyev də məhz bu prinsipləri nəzərə alaraq regionda yeni “3+3” əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. Bu, Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığını nəzərdə tutan platformadır.
Artıq xeyli müddətdir ki, Azərbaycan Prezidentinin təklifi geniş müzakirə mövzusuna çevrilib. İqtisadçılar, siyasətçilər də birmənalı olaraq qeyd edirlər ki, bu format ilk növbədə bölgənin gələcəkdə təhlükəsizliyini gücləndirə bilər.
Azərbaycanın Qarabağ zəfərindən sonra Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da "3+3" əməkdaşlıq platforması gündəmə gəlib. “3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası – özəyi Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır: “Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb.
Dövlətimizin başçısı Türkiyənin təklifi etdiyi əməkdaşlıq platformasının əhəmiyyətini şərh edərək deyib: “Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək”.
Prezident İlham Əliyev qeyd edib ki, təkcə kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. “Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək”.
Prezident İlham Əliyev "CNN Türk" kanalına müsahibəsində bölgə üçün çox vacib olan 3 +3 formatının önəmini vurğulayıb. Dövlət başçısı bu təşəbbüsü sülhün təminatı kimi qiymətləndirib.
Qonşu İran İslam Respublikasının da bu formatda iştirakı müzakirə mövzusudur. İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində bu məsələyə də toxunaraq qeyd etmişdi ki, İranda indi yeni rəhbərlik hakimiyyətə gəlib və hazırda onların
bölgə ilə bağlı siyasəti formalaşmaqdadır. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq yeni rəhbərliyə bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoyması üçün vaxt lazımdır. Yaxın zamanlarda İranın mövqeyi bəlli olduqdan sonra məsələ gündəmə gələcək.
Türkiyə ilə Azərbaycanın dəstəklədiyi bu təşəbbüsdə Gürcüstanla Rusiyanın, Ermənistanla Azərbaycanın münasibətlərinin düzəlməsi, o cümlədən İran üçün də yeni bir iqtisadi dönəmin başlanması planlanır. Dövlət başçısının da qeyd etidyi kimi bu, sadəcə olaraq siyasi təşəbbüs deyil. Burada konkret layihələr də müzakirə oluna bilər.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında regional əməkdaşlıq öz bəhrəsini verib. Ehtimal olunur ki, bölgədə 3+3 əməkdaşlığı perspektivdə həm Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verə, bölgə yan təsirlərdən xilas ola, həm də regionun güclü olmasına təkan verə bilər.
Yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir.
İlham Əliyevin təklif etdiyi yeni format iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir. Bu format “Zəngəzur dəhlizi” də daxil olmaqla, nəqliyyat arxitekturasını dəyişmək gücündədir. Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmir yolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqelənməsi nəqliyyat infrastrukturunun həm meridianlar, həm də en dairələri üzrə şaxələnməsini təmin edir.
Beləliklə, İlham Əliyevin irəli sürdüyü və Rusiya, Türkiyə tərəfindən dəstəklənən yeni əməkdaşlıq platforması Ermənistan qarşısında artıq qurulu olan regional iqtisadi əməkdaşlıq sisteminin qapılarını açır. Əslində, Ermənistanın başqa bir alternativi də yoxdur. Reallıq ondan ibarətdir ki, əgər Ermənistan iqtisadiyyatını dirçəltmək və ölkə əhalisini acınacaqlı durumdan qurtarmaq istəyirsə, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə qurulan platformaya qoşulmalıdır. Əks təqdirdə, yenə də uduzan tərəf Ermənistan olacaq.
Bəhruz Kərimov
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB