1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.
Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəgəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.
SSRİ-nin tərkibində olan 15 respublikadan biri kimi Azərbaycan isə 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çox ciddi siyasi, sosial-iqtisadi, humanitar xarakterli problemlərlə qarşılaşmışdı, respublikada sabitlik və inkişafdan nəinki söhbət gedə bilməzdi, hətta ölkə xaos və anarxiya məkanı kimi xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. Həmin dövrdə respublikaya rəhbərlik edənlərin
siyasi səriştəsizliyi, müstəqil qərar vermək və milli maraqlara uyğun siyasət həyata keçirmək iqtidarında olmamaları, mübarizələrini dövlətin mənafeyi uğrunda deyil, öz şəxsi – korporativ maraqları əsasında aparmaları Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdı. Belə bir ağır vəziyyətdə xalqın və dövlətin xilası üçün zəngin dövlətçilik təcrübəsinə malik olan qətiyyətli liderə ehtiyac var idi. Bu lider məhz Ümummilli Lider Heydər Əliyev idi.
3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində yuxarıda bəhs olunan reallıqların məntiqi nəticəsi kimi, xalqımız Ümummilli Lider Heydər Əliyevə yüksək etimad göstərdi. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir. İnkaredilməz reallıqdır ki, məhz bundan sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi. Ona olan ümidləri doğruldan böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ordu quruculuğu prosesinə başlanması, Qarabağ müharibəsində atəşkəs əldə edilməsi, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanması və digər strateji əhəmiyyətli addımların atılması Azərbaycanın tərəqqisinə xidmət edən mütərəqqi strateji inkişaf planının həyata keçirilməsinə imkan verdi. Paralel olaraq hüquqi, demokratik dövlət quruculuğuna xidmət edən tədbirlərin reallaşdırılması müasir müstəqil Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət etmiş oldu. Bu kontekstdə ölkədə ilk parlament seçkilərinin keçirilməsi, ümumxalq səsverməsi – referendum vasitəsilə Konstitusiyanın qəbul edilməsi, məhkəmə islahatlarının aparılması, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini şərtləndirdi.
Ümumiyyətlə, Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var, Ümummilli Liderin xalqımız qarşısında xidmətləri misilsizdir. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm
SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə xidmət etmişdir.
Xəyalə Qasımova
323 nömrəli tam orta məktəbin direktor əvəzi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB