Sumqayıt nəqliyyatında kart problemi - Bəs aidiyyatı qurumlar nə deyir? - SƏRNİŞİNDAŞIMA İDARƏSİNİN RƏSMİSİ AÇIQLADI

Sumqayıt nəqliyyatında kart problemi - Bəs aidiyyatı qurumlar nə deyir? - SƏRNİŞİNDAŞIMA İDARƏSİNİN RƏSMİSİ AÇIQLADI

Sumqayıt şəhərdaxili nəqliyyat kart sisteminə keçsə də, problemləri qalmaqdadır. Sakinlər nəqliyyat kartı əldə edə bilmədiklərini, kartı tapanda isə, 2 manat deyil, 2.50 AZN-dən satıldığını iddia edirlər. Bəs aidiyyatı qurumlar nə deyir?

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin (SANSİ) rəis müavini Tofiq Saydumov SİA-ya eksklüziv açıqlamasında problemlərin olduğunu təsdiq edir: “Kart sisteminə keçməyən çox az avtobus qalıb. Digərləri hamısı isə kart sistemində fəaliyyət göstərir. Köşklərdə və marketlərdə avtobus kartlarının satılması ilə bağlı olan məlumatlar yalan və cəfəngiyyatdır. Mən, dünən hara getmişəmsə əldən baha qiymətə kart satan yerə rast gəlməmişəm. Bu şaiyələrin hamısı əsassızdır”.

Daha bir problemə avtobusların gecikmə ilə çatmasına gəlincə qurum rəsmisi bildirib ki, bəli, doğrudur ki, avtobuslar arasında interval gecikir: “Yəni, bu normaldır. Çünki, avtobuslar yeni kart sisteminə keçib. Bəzən kart sistemində də problem yaranır və bu da intervala öz təsirini göstərir. Bu halları aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Normaldır ki, 21-22 avtobusdur və hamısında da kart sisteminə birdən-birə keçilib. Çalışacağıq ki, maksimum qısa bir müddətdə bu problemlərin qarşısını alaq və davam etməsini əngəlləyək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə