2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.
44 günlük Zəfər tarixindən sonra bu qələbəyə QHT-lər, idmançılar, yazıçılar və s. tərəfindən öz qatqısını əlavə edənlər də az deyil. Onlardan biri də Əməkdar Bədən Tərbiyyəsi və İdman xadimi, Ashihara Karate Federasiyasının Prezidenti Maarif Bağırovun gördüyü işlərdir. Onun gördüyü işləri saymaqla bitirmək olmaz. Həmin görülən işlərdən biri də Ashihara Karate Federasiyasının yerləşdiyi ərazidə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda erməni işğalçılarına qarşı əldə edilən qələbə münasibətilə Federasiyanın yanında Qarabağ şəhidlərinin xatirəsinə “Xarı bülbül” abidəsinin inşa edilməsidir.
Federasiyanın prezidenti bildirib ki, 2002-ci ildən Dünya çempionatlarında iştirak edilir və burada da Azərbaycan layiqincə təmsil olunur.
Qeyd edək ki, abidənin inşası 27.09.2021-ci il tarixində başa çatıb. Azərbaycan Ashihara Karate Federasiyası Bakı şəhəri Səməd Vurğun küçəsi (Zabitlər bağı) 75 saylı binada yerləşir. 1998-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə