"Biz strateji dəşiyikliklər edə bilərik” - ARXEOLOQDAN AÇIQLAMA

"Biz strateji dəşiyikliklər edə bilərik” - ARXEOLOQDAN AÇIQLAMA

“Tədqiqatlarımızı genişləndirsək Azərbaycanda “Göbəklitəpə” kimi arxeoloji qazıntılar həyata keçirmək mümkündür. Lakin bu istiqamətdə yeni bir strategiya olmalıdır ki, tədqiqatlarımızı dünyaya çıxara bilək”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev deyib.

Onun sözlərinə görə, müəyyən zamandan sonra şübhəsiz ki, xarici tədqiqatçıların dəstəyinə ehtiyac var: “Tükiyənin dəstəyi çoxdur, həm də Türkiyənin arxeologiya sahəsində Azərbaycana örnək olmaq məsələsi var. Biz bu örnəkdən istifadə edib strateji dəşiyikliklər edə bilərik”.

F.Quliyev qeyd edib ki, Azərbaycanda bu günə qədər arxeologiya fakültəsi yoxdur: “Türkiyənin isə bütün universitetlərində arxeologiya fakültəsi var və yeni nəsil yetişir. Amma bizdə mütəxəssis problemi var. Yeni nəsil lazımdır ki, onları tədqiqatlara cəlb edək. Mütəxəssislər universitetlərdə hazırlanır, qazıntılarda iştirak edirlər, hazır şəkildə arxeoloji qazıntılara qoşulurlar. Yəni, biz əgər elmi nəticələr əldə etmək istəyiriksə, qardaş ölkənin təcrübəsindən istifadə etmək lazımdır. Arxeologiya çox vacib sahədir, ona görə də bu sahədə mütəxəssislərin olması çox əhəmiyyətlidir”.

O vurğulayıb ki, Türkiyədə “Göbəklitəpə” abidəsi aşkar edilənə qədər Orta Şərq (Mesopatamiya) əsas götürülüb: “Amma son illər “Göbəklitəpə” abidəsinin aşkar edilməsi, tədqiqatarın aparılması bütün məsələləri kənara qoyub. Hər hansı tədqiqat zamanı elə bir abidə üzə çıxa bilər ki, həmin abidənin üzə çıxması ilə bir sıra məsələlər, yeni saydığımız, tarix kimi məsələlər kölgədə qala bilər. Arxeologiya elmi ilə bir çox məsələlər dəyişə bilər. Tarixin səhifəsi yenidən yazıla bilər. Biz də bu kimi naliyyətlərin əldə edilməsini istəyirik. Bunu əldə etmək üçün isə vaxt lazımdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə